Təkrar sertifikasiya imtahanından keçə bilməyən şəxslərlə bağlı xüsusi komissiya gələn həftədən fəaliyyətə başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.
O bildirib ki, müvafiq siyahı hazırlanacaq və ilk növbədə sosial həssas qrupa aid olanların məsələsinin həllinə çalışılacaq:
"Çünki həmin insanlar uzun müddət bizimlə çalışıblar və onları qapı arxasında qoymaq fikrimiz yoxdur. Nəzərə almaq lazımdır ki, hər il oxşar problemlər olacaq. Əsas odur ki, təhsili bir addım irəli apara biləcəyik. Bizə sadəcə səbir və vaxt lazımdır".
Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq - Əhmədov
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
- "Azercell" bu müştərilər üçün rəqəmsal imkanları genişləndirir