Lənkəranda polisə müqavimət göstərən narkokuryerlər saxlanılıb.
Bu barədə BUTA.TV-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat tədbirləri ilə qanunsuz dövriyyədən 14 kq-dan artıq narkotik vasitə çıxarılıb.
Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinənlər – 2002-ci il təvəllüdlü Vüqar İlqar oğlu Süleymanov və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə (332.2.1, 332.2.3 152.1) məhkum olunan, 1998-ci il təvəllüdlü Əhməd Kamran oğlu Ömərovun üzərindən 1 kq-dan artıq heroin, 13 kq 300 qram qurudulmuş marixuana və 1 ədəd kəsici alət aşkarlanıb.
Onlardan biri saxlanılan zaman polis əməkdaşlarına xəsarət yetirməyə cəhd göstərib və bu yolla hadisə yerindən yayınmağa çalışıb. Bu cəhdin də qarşısı polis əməkdaşları tərəfindən alınaraq onların saxlanılması təmin edilib.
Araşdırmalarla V.Süleymanov və Ə.Ömərovun narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı "əmi" adı ilə tanıdıqları şəxsin vasitəsilə Lənkəran şəhərindən paytaxta ayrı-ayrı şəxslərə çatdırılıb qanunsuz dövriyyəyə buraxılması məqsədilə əldə etdikləri müəyyən edilib.
Fakt üzrə əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- “Kontakt”ın “İnşaatçılar” mağazası tam yeni formatda
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video
- FHN, DİN və AAYDA birgə məlumat yaydı
- Daha 7 şəhidimiz dəfn olunacaq - Foto
- Məişət zorakılığı barədə şikayətlərə yeni qaydada baxılacaq
- Qatar yoluna çıxan 2 nəfər faciəli şəkildə öldü
- İlham Əliyev Bakıda yeni salınan parkda...