Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən BUTA.TV-a bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onsəkkizmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən ikiotaqlı mənzilin mətbəxində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.
Xüsusi təyinatlı texnikaların, o cümlədən avtonərdivanın operativ tətbiqi ilə yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək mənzilin digər otaqlarına keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 82 kvadratmetr olan mənzilin mətbəxində 1 ədəd aspirator, 1p.m mətbəx mebeli yanıb, mənzil yanğından mühafizə edilib.
Yanğın zamanı mənzildə təhlükəli vəziyyətdə qalmış 2010-cu il təvəllüdlü A.Nurullayeva avtonərdivan vasitəsilə xilas olunub.
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq - Əhmədov
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir