Ermənistanın NATO-ya qoşulma şansı Türkiyə və bir sıra digər ölkələrin mümkün vetosuna görə olduqca aşağıdır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin alyansdakı keçmiş nümayəndəsi Onur Öymen deyib.
"Ermənistan çoxlu dəyişikliklər etməli olacaq. Fikrimcə, hazırkı qlobal və regional şəraitdə belə bir mövzu NATO-nun gündəliyinə daxil ola bilməz", - Öymen bildirib.
O xatırladıb ki, alyansa yeni üzv qəbul etmək üçün bütün üzv ölkələrin razılığı lazımdır.
"Bir sıra ölkə veto hüququndan istifadə edərsə, Ermənistan NATO-ya qəbul olunmayacaq. Türkiyənin bəzi məsələlərdə mövqeyi bəllidir, ona görə də hesab edirəm ki, İrəvanın alyansa qəbul olunma şansı son dərəcə aşağıdır və hətta buna icazə verilməməlidir”, - diplomat vurğulayıb.
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir