Bayrağımızı təhqir edən 3 erməni əsilli futbolçu barəsində cinayət işinə xitam verilməsi Azərbaycan dövlətinin humanist mövqeyinin nümunəsidir.
BUTA.TV xəbər verir ki, bunu Baş Prokurorluğun İnstaqram səhifəsində canlı yayım zamanı İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, Azərbaycan yaşayan bütün xalqlara, millətlərə fərq qoyulmur və hamının hüquqları bərabərdir:
“Onların ilk cinayətlərini törətdikləri və səmimi peşmançılığı nəzərə alınıb. Onların əməllərində qanunsuzluq qalmışdı. Onlar etdikləri cinayətləri internet resurslarına yaymışdılar. Həmin şəxslər internetdə qadağan olunmuş məlumatı yerləşdirilmişdilər. Sırf bu səbəbdən inzibati qaydada 10 gün müddətinə həbs tənbeh cəzası verilib”.
Qeyd edək ki, 3 erməni futbolçunun 10 günlük inzibati həbs müddəti ötən gün başa çatıb və onlar Ermənistana keçməsi təmin edilib.
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi