Azərbaycanda müşahidə olunan qeyri-sabit hava şəraiti davam edir.
BUTA.TV xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, ölkənin bəzi yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış yağır:
“Balakan, Şəki bölgəsinin bəzi yerlərində intensiv və güclü yağış müşahidə olunur. Ən çox yağıntı miqdarı Qax, Şəki, Zaqatala və Qəbələdə qeydə alınıb. Digər bölgələrdə isə nisbətən az yağıntı olub”.
A.Verdiyevin sözlərinə görə, Zaqatala, Şəki və Tərtərdə şimal-qərb küləyi əsib:
“Ölkə ərazisində qeyri-sabit hava şəraiti sentyabrın 12-nə kimi davam edəcək. Bakı və Abşeron yarımadasında sentyabrın 9-10-da yağış yağacağı gözlənilir. Yarımadanın bəzi ərazilərində yağışın intensiv olacağı gözlənilir”.
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi