İstefa verəcəyimlə bağlı arzunuzu unudun, mən olduğum yerdəyəm, hara lazımdırsa, gedəcəm, bu mənim konstitusiya borcumdur.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
“Özümü yalnız məni prezidenti seçmiş Gürcüstan cəmiyyətinin qarşısında cavabdeh hesab edirəm. Gürcüstan əhalisi kimi mən də əminəm ki, Tiflisin problemlərinin həlli yalnız Avropa ilə mümkündür. Məhz buna görə Berlinə, Brüsselə, Parisə gedirəm. Əlaqələrimdən istifadə edirəm, mənə inamın olmasından istifadə edirəm. Əgər siz önə çıxıb bu perspektivin sizin üçün nə qədər vacib olduğunu bütün Avropaya göstərməsəydiniz, bəlkə də mənim bu qədər inamım olmazdı. Mən müxtəlif liderlərlə görüşəndə bilirlər ki, sizin seçdiyiniz adamam və bu perspektivi, bu gələcəyi siz seçirsiniz. Ümid edirəm ki, bu iki ay yarım və ya üç ay ərzində mən Avropanın əsas, bəlkə də bütün paytaxtlarını ziyarət edə biləcəyəm və arzumu, gələcəyinizi qoruya biləcəyəm. Hamı bilir ki, Gürcüstan bunu istəyir, Tiflis heç vaxt Rusiya qarşısında sürünməyəcək, biz bunu birlikdə müdafiə etməliyik”, - o bildirib.
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi