Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü qasırğa ciddi fəsadlar törədib.
BUTA.TV xəbər verir ki, bu barədə rayon fövqəladə hallar komissiyası məlumat yayıb.
Bildirilib ki, qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac Azərpoçt MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə yıxılıb. Bundan əlavə, M.Əsədov küçəsində bir ədəd ağac yıxılaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində bir ədəd ağac yıxılaraq yolun hərəkətini məhdudlaşdırıb.
Katex kəndinin Kombinat adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub.
Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur. Dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi