"Afət, səni elə yerdə sındıraram ki, xəbərin olmaz. Elə qıraqdan ağzında dilin yana-yana "Vətən" deyərsən, həsrət qalarsan! Hələ səninlə mənim bir-iki işim var, gözlə".
BUTA TV xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova "3 məhkəmədə onu udduğunu" deyən müğənni Afət Fərmanqızına cavab olaraq deyib. Yeni açıqlama yayan sənətçi telefonlarının dinlənildiyini iddia edib:
"Əl çəkin məndən! Mən sizin girə biləcəyiniz kol deyiləm, bunu bilin! O ki, qaldı bəzi idarələrə, hansı ki, mənim telefonuma qulaq asır, hər addımımı izləyir, hər şeyi görürəm, hamını bilirəm. Mən dediyimi danmıram, dediyim sözləri özümə, xalqıma güvənib deyirəm. Tutdurun məni! Basın həbsxanaya! Dünyanı özünüzə güldürün.
Yerim hamıya bəllidir, bağım haradadır hər kəs bilir, gizli girib-çıxmıram, indiyə qədər mühafizəçim olmayıb, indi də yoxdur. Mən o müğənnilərdən deyiləm ki, 5 nəfərə pul verib yanımda gəzdirəm. Hər yerdə tək gəzirəm".
Xalq artisti məhkəmədə rus dilində danışmasına da aydınlıq gətirib:
"İstəsəm rus dilində də danışacağam! Mən hansı dildə istəsəm danışmağa ixtiyarım var, məhkəmədə də. Bura Azərbaycandır, idarələr Azərbaycan dilində işləməlidir, əgər istəyirlərsə, tərcüməçi çağırıb dediklərimi tərcümə etsinlər. Mən istədiyim dildə danışıram. Fikrimi düzgün çatdıra bildiyim dildə danışıram ki, sabah çaşqınlıq olmasın.
Afət, deyirsən ki, məhkəmədə qalib gəldim, xeyr, məhkəmə səni sadəcə cəzadan qurtardı. Etdiyin cinayətsə boynunda qaldı. Söyüş cinayətdir".
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi