Kəlbəcər şəhərinə bütövlükdə tikiləcək evlərə 2024-cü ildə ilk olaraq 5 268 nəfər, ümumi yaşayış məntəqələrinə isə 12 534 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
BUTA.TV xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov Kəlbəcərdə keçirilən Şəhərsalma İşçi Qrupunun iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Tədbirlər Planına əsasən, əhalinin geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi fəaliyyət istiqaməti üzrə Kəlbəcər rayonunda 2026-cı ilədək 3 450 evin (1 927 fərdi yaşayış evinin və 1 523 mənzilin) tikilərək istismara verilməsi nəzərdə tutulur.
"İllər üzrə bölgüyə gəlincə, 2024-cü ildə - 1 115 evin, 2025-ci ildə - 725 evin, 2026-cı ildə - 1 610 evin inşası həyata keçiriləcək", - N. Hümmətov bildirib.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi