Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi sosial şəbəkədə onu izləməyə başlayan yeni təyin olunmuş Ermənistan səfiri Tiqran Balayana səhifədə “düşündürücü məlumatlar tapacağını” bildirib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanın diplomatik missiyası “X” şəbəkəsində qeyd edib.
“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, - səfirlik yazıb.
Qeyd edək ki, ötən gün Baş nazir Nikol Paşinyanın təklifi və Prezident Vaaqn Xaçaturyanın sərəncamı ilə Tiqran Balayan Ermənistanın Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri təyin edilib. Təyinatdan sonra o, Azərbaycan səfirliyinin “X”dəki səhifəsini izləməyə başlayıb.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi