Separatçılar ordumuzun hərəkət istiqaməti ilə bağlı yaydığı videogörüntülərlə Bakının “eskalasiyaya hazırlaşdığı”nı ispatlamaq, özlərinin silahlanması, yeni atəş mövqeləri hazırlaması ilə bağlı faktları arxa plana keçirmək istəyirlər: Azərbaycan Ordusunun suveren ərazilərimizdə istənilən istiqamətdə hərəkət etmək hüququ bu cəhdin heç nəyə yaramayacağını deməyə əsas verir;
Lakin separatçıların belə bir görüntü yayması ordumuzu izləmək üçün texniki imkanlara sahib olduqlarını da ortaya çıxarır. 2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dan Ermənistan ordusunun istifadəsi üçün alınıb, lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilib. 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir. Bu məlumat rəsmi təsdiqini tapmasa da, erməni diasporu/lobbisinin güclü olduğu ABŞ-dan belə bir sistem əldə etdikləri istisna deyil. Mümkündür ki, bu sistemlər hələ də separatçıların əlində qalıb və izləmə prosesi onlar vasitəsilə aparılır.
Separatçılar bu görüntülərlə “Azərbaycan ordusunun hərəkətlərini nəzarətdə saxladıqları”nı da göstərmək istəyirlər. Ki, bu Bakıya qarşı müharibə elanı kimi də qəbul edilə bilər, çünki bu görüntülər suveren ərazilərimizdə ordumuza qarşı təhdidin nə qədər real olduğunun da isbatıdır.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi