2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu Gürcüstana səfər edib.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti əvvəlcə Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Sonra Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorial ziyarət olunub.
Səfər çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Kaxa Petriaşvili ilə görüşüb.
Görüşdə hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik, mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi