Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin razılığı ilə tikintiyə icazənin qüvvədə olma müddətinin uzadılması qaydası müəyyənləşib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nda dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, tikintiyə icazənin qüvvədə olma müddəti sifarişçinin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin tikinti işlərinin dayandırılması ilə bağlı qərarı olduğu halda, həmin qərarın Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişi olduğu halda, həmin göstərişin qüvvədə olduğu müddətə qeyd-şərtsiz olaraq uzadılır.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi