Ermənistanda Azərbaycanın müharibəyə başlayacağına dair isterika davam edir.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, bu iddialar rəsmi İrəvanın Azərbaycanı beynəlxalq müstəvidə “hücum edən tərəf” kimi göstərmək cəhdlərindən qaynaqlanır. Sərhəddə hələ də davam edən gərginliyə səbəb olan təxribatların da məqsədi budur.
Baş verənlər fonunda erməni ictimai rəyi isterika içində Azərbaycanın bütövlükdə Zəngəzuru nəzarətə götürə biləcəyindən danışır.
Azərbaycan üzrə erməni ekspert Varujen Qeqamyan iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq.
“Bu, Naxçıvanın şimal hissəsindən Cermuka (İstisu) qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesdə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir”, - erməni ekspert iddia edir.
Qeyd edək ki, bu cür iddiaların əsası yoxdur, Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi sərhəddə erməni təxribatının qarşının alınması və adekvat cavabın verilməsidir. Hərçənd, Ermənistan Zəngəzur dəhlizi və digər öhdəlikərini yerinə yetirməsə, təxribat hücumlarını davam etdirərsə, bunun İrəvan üçün ağır nəticələrinin olacağı da aydındır.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi