Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları qəbuledilməzdir, Moskvada bundan son dərəcə narazıdırlar.
BUTA.TV xəbər verir ki, bu barədə TASS-a diplomatik mənbə məlumat verib.
“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsindən və Ermənistan XİN-nin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Ton və məzmun, səhvlərinə görə məsuliyyəti Rusiyaya ötürmək qəbuledilməzdir”, - mənbə bildirib.
Qeyd edilib ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil, lakin İrəvan Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir.
Mənbə əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərə bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi baxır.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi