Ermənistanda bu gün Soçidə keçiriləcək Ərdoğan-Putin görüşünə ümid edirlər.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, ermənilər Soçi görüşündən sonra Laçın yolunun açılmasına nail ola biləcəklərini düşünürlər.
Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyir ki, Ərdoğan-Putin görüşündə Qarabağ ətrafındakı proseslər də müzakirə ediləcək və nisbi həll yolu tapılacağı ehtimalı var.
Hərçənd, ermənilərin ümidlərini puç edən təkcə Azərbaycanın prinsipial mövqeyi və Türkiyənin bunu sona qədər dəstəkləməsi yox, həm də bel bağladıqları Rusiyanın mövqeyidir. Moskva Laçın yolunun açılmasını Ağdam-Xankəndi marşrutunun açılmasına paralel şəkildə baş tutması təklifini irəli sürür, rəsmi Bakı da bunu dəstəkləyir. Ərdoğanla Putinin Qarabağda baş verənləri müzakirə edəcəyi istisna deyil, lakin bu müzakirə ermənilərin istədiyi kimi yox, daha çox Laçın və Ağdam yolunun paralel açılması ətrafında ola bilər.
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi