Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə BMT-nin yeni şərtlərinə uyğun olaraq taxıl sazişinin bərpasını müzakirə etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu barədə TASS Ankaradakı mənbələrinə istinadən məlumat yayıb.
“Şübhəsiz ki, Soçidə keçiriləcək danışıqların əsas mövzusu əvvəlki taxıl sazişinin bərpası olacaq. Liderlər Türkiyənin iştirakı ilə BMT-nin hazırladığı yeni təklifləri ətraflı öyrənəcəklər”, - mənbə bildirib.
Qeyd olunur ki, BMT-nin yeni təkliflər paketində Avropa tərəfindən Rusiya qida istehsalçılarına qoyulan məhdudiyyətləri aradan qaldırmaq üçün danışıqlara başlamaq müddəası var.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi