İranın keçmiş diplomatı Hüseyn Musəvianın ABŞ Strateji Komandanlığının illik iclasına dəvəti sərt tənqid olunub.
BUTA.TV xəbər verir ki, bununla bağlı Nümayəndələr Palatası və Senat bəyanat yayıb.
Nümayəndələr Palatası və Senatın Silahlı qüvvələr komitələrinin rəhbərləri Musəvianın ABŞ Strateji Komandanlığının illik iclasındakı çıxışı ilə bağlı izahat tələb ediblər.
Komitələr ABŞ-ın Strateji Komandanlığının rəhbəri Entoni Kottondan Musəvianın dəvət olunmasında rolu olan şəxslər haqqında məlumat verməsini istəyiblər:
“Tarixi yalanları və İran rejiminin təbliğatını yaymaq üçün Amerika hökumətinin Musəviana rəsmi platforma verməsi olduqca düşünülməmiş bir qərar idi”.
Musəvianın 1980-ci ildən İranın təbliğat ünsürü olduğunu vurğulayan nümayəndələr 1992-ci ildə Berlində İran hökuməti müxaliflərinin qətlə yetirilməsi zamanı onun İranın Almaniyadakı səfiri olduğuna diqqət çəkiblər.
Qeyd edək ki, ETTELAAT-ın Tehran rejiminin müxaliflərinə qarşı terror əməliyyatından sonra alman rəsmiləri Musəvianı, bir neçə diplomatı və İranın digər kəşfiyyat məmurlarını ölkədən qovmuşdu. Musəvianın qeyd olunan görüşdə çıxışı barədə xəbərin yayılması Amerika rəsmiləri, iranlı analitiklər və fəalların geniş tənqidi ilə müşayiət olunub, onun ABŞ-dan qovulması tələbləri irəli sürülüb.
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar