Mirabdulla Həsənli Şuşada bərpa və təmir olunmuş Yuxarı Gövhərağa məscidinə (Şuşa cümə məscidi) imam təyin olunub.
BUTA.TV xəbər verir ki, M.Həsənli Report-a açıqlamasında bu ayın ortalarında Yuxarı Gövhərağa məscidində imam kimi fəaliyyətə başlayacağını deyib.
Qeyd edək ki, o, əvvəllər Şuşa rayonunun imamı olub.
Xatırladaq ki, Yuxarı Gövhər ağa məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir. Məscid ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi