Futbolçuları və azarkeşləri təbrik edirəm. Gərgin oyun alınsa da, nəticə bizi qane etdi.
BUTA.TV-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Sloveniyanın "Olimpiya" klubu ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
51 yaşlı mütəxəssis oyunçuların çox əziyyət çəkdiyini bildirib: "Qrupda iştirak etmək bizim üçün çox vacib idi. Hansısa səviyyəyə çatmaq asandır, amma orada qalmaq çətindir. Ən azından ilin sonunadək avrokuboklarda davam edəcəyik".
Qurbanov bugünkü matçdan razı qaldığını söyləyib: "Nəticə bizim üçün çox vacib idik. Komanda olaraq yaxşı müdafiə olunduq. Oyunçulara bunu tapşırmamışdıq. Əksinə, daha çox hücuma çıxmaq niyyətində idik. Futbolçulardan narazı olacağım bir məqam yoxdur".
Təcrübəli baş məşqçi son matçlarda daha az forma şansı əldə edən Şahruddin Məhəmmədəliyevin də meydana çıxacağını vurğulayıb: "Şahruddin bizim üzvümüzdür. Sadəcə, bəzən düşünmədiyimiz hallar yaşanır. Buna görə komandada oyunçuların sayı çox olur. Kimsə performansından uzaq olanda digərindən yararlanırıq. Şahruddinə gələcəkdə şans verəcəyik".
Qurbanov qrup mərhələsində hansı komandalarla qarşılaşmağın fərqinin olmadığını vurğulayıb:
"Məndə heç vaxt belə düşüncə olmayıb. Futbolun inkişafı üçün azarkeşlər bəzən böyük klubları istəyirlər. Kim olsa, narazılıq bildirməyəcəyik. Böyük klublar olanda böyük hesabla uduzmaq riski olur, amma onları canlı görmək, tanımaq mənim üçün həmişə xoş olub. Böyük klublarla düşsək, narazı olmaram, əksinə, sevinərəm".
O, 10-cu dəfə qrupa düşməyi daha çox arzuladığını gizlətməyib: "Hər il qruplarda oynamaq həm hamımıza əlavə məsuliyyət yükləyir, həm də böyük inam verir. Böyümək üçün çətinliklərə hazır olmalıyıq. Bu il 10 rəqəmini tamamlamaq istəyirdik. Bəlkə də, mənim üçün hansısa illərdən daha önəmli oldu".
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi