“Sputnik” radiosunun Qarabağda yayımının davam etdirilməsi üçün Azərbaycanın icazəsi lazımdır.
BUTA.TV xəbər verir ki, bu barədə “Rossiya seqodnya” media qrupunun baş direktoru Dmitri Kiselyov Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin məktubuna cavab olaraq bildirib.
Məktubda qeyd olunur ki, “Sputnik” radiosunun Qarabağda yayımının dayandırılması Ermənistanın baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhədlərində qeyd etməyə hazır olması barədə bəyanatı ilə bağlıdır. D.Kiselyov vurğulayıb ki, söhbət radio yayımının tam deyil, müvəqqəti dayandırılmasından gedir.
“Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülhə nail olmaq üçün İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Ermənistanın ərazisini 1991-ci ilin sərhədlərində qeyd etməyə hazırdır. Biz bu bəyanata əsasən güman edirik ki, Azərbaycanın tənzimləyici orqanlarının razılığı olmadan efirimizin retranslyasiyasının davam etdirilməsi Moskva tərəfindən münasibətlərin səmimiliyini şübhə altına qoyur və ölkələrimiz arasında dövlətlərarası əlaqələrin mürəkkəbləşməsinə səbəb ola bilər”, - məktubda deyilir.
“Rəsmi Bakıdan yayımı davam etdirmək üçün bütün aktual hüquqi normalara uyğun icazə alınarsa, regionda yayımı davam etməyə hazırıq”, - deyə D.Kiselyov əlavə edib.
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?