Ukrayna hansı sərhədlərlə NATO-ya daxil olacağına özü qərar verməlidir, lakin bu sərhədlər sabit olmalıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Çexiyanın NATO-dakı nümayəndəsi Yakub Landovski deyib.
"Qeyri-sabitliyə və düşmənçiliyə son qoyulmalıdır. Amma sonda sərhədin haradan keçməli olduğu sualına cavab verən yeganə tərəf Ukraynadır", - diplomat bildirib.
Onun fikrincə, hərbi əməliyyatlar bitəndə və Ukrayna sərhədləri sabitləşəndə Kiyev Şimali Atlantika Alyansına qoşula biləcək.
Eyni zamanda, Çexiya nümayəndəsinin sözlərinə görə, Moskva ilə tam hüquqlu sülh sazişi NATO-ya üzvlük üçün lazımi şərtlərə daxil deyil.
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?