Türkiyə Cənubi Qafqazda münasibətlərin yaxşılaşdırılması səylərində çox mühüm, konstruktiv və faydalı rol oynayır.
BUTA.TV-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidan ilə Moskvada görüşündə deyib.
“Qaziyadakı vəziyyəti ətraflı müzakirə etdik. Biz Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsində, o cümlədən, nəqliyyat əlaqələrinin, kommunikasiyaların açılmasında, eləcə də münaqişədən sonrakı vəziyyətin bərpasında maraqlıyıq. Biz əminik ki, Türkiyə bu səylərdə çox mühüm, konstruktiv və faydalı rol oynayır. Biz, həmçinin, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına yardım etməkdə maraqlıyıq", - deyə Lavrov bildirib.
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?