Ukraynada yerləşdirilən rus qoşunları ərzaq çatışmazlığı ilə üzləşə bilər. Çünki bu yaxınlarda ölən “Vaqner” rəhbəri Yevgeni Priqojinlə əlaqəli şirkətlər hələ də Rusiya ordusu üçün rasion və digər ərzaq ehtiyatlarının istehsalına ciddi nəzarət edirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyusvik” nəşri məlumat yayıb.
Nəşr Rusiya KİV-lərinə istinadən yazıb ki, bundan əvvəl Priqojinlə əlaqəli şirkətlərin ərzaq tədarükünü yaxşı həyata keçirmədiyi haqda məlumatlar yayılıb. 2022-ci ildə Rusiya Müdafiə Nazirliyi ordunu keyfiyyətsiz, çürük və çirklənmiş məhsullarla təmin etdiyi iddiası ilə Priqojinin şirkətlərinə qarşı 560 iddia qaldırıb.
Rusiyanın “Verstka” nəşri isə müəyyən edib ki, Rusiya Müdafiə Nazirliyi üçün ərzaq tədarük edən 32 şirkətdən azı 18-i Priqojinin nəzarətində olub və onlar hələ də ölkə qoşunlarının ərzaqla təminatında iştirak edirlər.
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?