Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədovun da ittiham olunduğu cinayət işi üzrə istintaqın ona aid hissəsi yekunlaşdırılıb. İşin N.Məmmədova aid hissəsi ayrılaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
BUTA.TV xəbər verir ki, bu barədə Trend-ə sabiq generalın vəkili Rəşad Mirmehdizadə məlumat verib.
Vəkil qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə istintaq müddətində müvəkkili və digər təqsirləndirilən şəxslər tərəfindən ümumilikdə 40 milyon manata yaxın vəsait dövlət bübcəsinə ödənilib və bu proses davam edir.
"Barəsində məhkəməyə göndərilən 128 cild cinayət işi ilə Nizami Məmmədov ağır sağlamlıq durumu ilə əlaqədar çox çətinliklə tanış ola bilib və bəzi vəsatətlər verib. Hazırda Bakı Hərbi Məhkəməsində məhkəmə baxışının başlanılması gözlənilir" - deyə, R.Mirmehdizadə əlavə edib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində başlamış silsilə araşdırmalar üzrə Müdafiə Nazirliyinin maliyyə strukturlarında mənimsəmə faktları müəyyən edilib.
Yüksək çinli maliyyə xidmət rəisləri ilə yanaşı Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov da xüsusilə külli miqdar mənimsəmə cinayətlərində ittiham edilərək həbs edilibdir.
- Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - Video
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...