Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir nəticəsində Qozlubulaq kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktı aşkar olunub.
BUTA.TV xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.
İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələbləri pozulduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib.
- İki xanıma vəzifə verildi - Foo
- Sumqayıtda partlayış: xəsarət alanlar var
- Misir Mərdanovun xalası oğlunun adı yeni qalmaqalda - Saleh Məmmədov amili
- Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!
- Türkiyə Jandarm Komandanlığı Azərbaycanı təbrik etdi
- Bu gün Azərbaycanda Qədr gecəsidir
- Vatsapdan azyaşlılarla bağlı yenilik
- Özbəkistanlı ekstrasens Azərbaycandan çıxarıldı