Qanuni parklanma ərazisinə yaxın yaşayan sakinlər avtomobillərini günün istənilən saatında ödənişsiz park edə bilər.
BUTA.TV “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu parklanma ilə bağlı yeni qaydalarda öz əksini tapıb və qeyd edilir ki, bunun üçün sürücülər azparkinq mobil tətbiqinə müraciət etməklə talon əldə etməlidirlər.
Bu zaman sual yaranır, həmin ünvanlarda qeydiyyatda olmayan və yaxud da kirayədə qalan şəxslər də ödənişsiz parklanmadan istifadə edə bilərlərmi?
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı hesab edir ki, ərazidə qeydiyyatı olmayıb, kirayədə yaşayan şəxslərə bu məsələdə güzəştlər tətbiq edilməlidir.
Qeyd edək ki, parklanma ilə bağlı qərara əsasən axşam saat 22:00-dan səhər saat 7-ə qədər, bir də həftənin bazar günün isətənilən şəxs parklanmadan ödənişsiz istifadə edə bilər.
- KVN komandasından heç kim Elnurla vidaya getmədi
- ADSEA gücləndirilmiş rejimdə çalışır - Foto
- BŞİH gücləndirilmiş iş rejiminə keçdi
- Prezident bu teatrın kollektivini təbrik etdi
- Bakıda yağışlı havada baş verən qəzanın – Anbaan videosu
- Yağıntılı hava nə vaxta kimi davam edəcək?
- Bakıda güclü yağış fəsadlar törətdi - Video
- DYP-dən yağışlı hava ilə bağlı sürücülərə çağırış