Terrorla mübarizədə bütün vasitələrdən istifadə olunacaq və bunun əvəzini terrorçular tam ödəyəcəklər.
BUTA.TV xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS lideri Saleh Arurinin İsraili hədələməsinə cavab olaraq deyib.
"HƏMAS lideri Arurinin Livandakı gizləndiyi yerdən dediyi sözlərini eşitdim. O, özü və dostlarının niyə gizli yerlərdə gizləndiyini yaxşı bilir. HƏMAS və digər iranlı marionetlər yaxşı bilirlər ki, onların cəhdlərinə qarşı bütün vasitələrlə mübarizə aparacağıq”, - Netanyahu bildirib.
Onun sözlərinə görə, terror aktlarını maliyyələşdirmək və təşkil etməklə İsrailə zərər verməyə çalışan hər kəs cavab verəcək.
Qeyd edək ki, HƏMAS lideri Saleh Aruri bağlı qapılar arxasında İsrailə qarşı irimiqyaslı müharibə hazırlığı aparıldığını bildirmişdi.
- Sumqayıtda güclü yağış: 2 qurum hərəkətə keçdi
- Bakıda icra başçıları su basan ərazilərdə - Foto
- Xaçmazda 22 nəfər təhlükəsiz əraziyə təxliyə edildi - Video
- Bu çaylarda suyun səviyyəsi 78 sm artdı
- Yağışla bağlı “102”yə edilən müraciətlərin sayı açıqlandı
- Bakıda bu ərazi yağış sularından təmizlənir - Video
- Bakıda yol çökdü - Foto
- Messi DÇ-2026-da oynayacaq?