Ölkəmizin 1920-ci il martın 1-dən fasiləsiz fəaliyyət göstərən ilk xəbər agentliyi – Azərtac özünün imicində yenilənmə aparmaq, qarşıya qoyulan vəzifələri daha dolğun və ifadəli təqdim etmək məqsədilə yeni loqo hazırlamaq qərarına gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə agentlikdən məlumat verilib.
Bildirilib ki, loqoda millilik, informasiya işi, Azərtacın ölkənin ilk xəbər agentliyi olması, jurnalistika ənənələri, tarixi dəyərlər kimi mənaların əks olunması əsas istiqamətlər kimi seçilib:
“Loqodakı elementlər informasiyanın emalı və dünyaya çatdırılması, daha geniş coğrafiyada yayılması kimi konsepsiyaları vurğulayır. Səkkizguşəli loqo agentliyin öz tarixi ənənələrinə sadiqliyini göstərir. Xəbərlərin doğruluğu, feyk məlumatların qarşısının alınması, ictimaiyyətə daim yoxlanılmış informasiyanın çatdırılması Azərtacın fəaliyyətin prioritet istiqamətləridir. Bunlar nəzərə alınaraq informasiyanın yoxlanılıb yayımlanması ideyası da loqoda əksini tapıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Mavi və göy rəng çalarlarından istifadə olunub ki, bu da ciddilik, etibarlılıq, inam mənalarını ifadə edir”.
- Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - Video
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı
- Xırdalan sakinlərinə şad xəbər...