Qadın xahiş etdi, Prezident dərhal tapşırdı - Video

01:10 - 27 Avqust 2023 - GÜNDƏM

 Qadın xahiş etdi, Prezident dərhal tapşırdı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində sakinlərlə görüşüblər.

BUTA.TV xəbər verir ki, görüş zamanı kənd sakini olan yaşlı qadın Prezidentdən xahiş edib.

Yaşlı qadın: Allah canınızı sağ eləsin. Sizdən bircə xahişim var. Mənim oğlum rəhmətə gedib, mənim olduğum otağı verirəm ölən oğlumun yoldaşına, təşkil edəsiniz.

Prezident İlham Əliyev: Mehriban xanım nə lazımdırsa, onu həll edər.

Qadın sakin: Oğlu rəhmətə gedib. İstəyir ki, onun oğlu, uşağı, ailəsi buna yaxın olsun.

Prezident İlham Əliyev: Gəlsinlər buraya?

Sakin: Hə, gəlsinlər buraya yaxın olsun.

Prezident İlham Əliyev: Gəlsinlər, əlbəttə.

Mehriban xanım Əliyeva: Onlar indi haradadırlar?

Sakin: Xırdalanda.

Prezident İlham Əliyev: Onlar, əlbəttə, gələcəklər. Yəni, bütün zabuxlular gələcək. Nənənin yaxın qohumları da gələcək yəqin ki, bir müddətdən sonra. Xahişi odur ki, onların da yeri ona yaxın olsun. Onu təşkil edərsiniz.

Rövşən Rzayev: Baş üstə.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol