Maral Akşənər lideri olduğu İYİ Partiyasının müxalifətin Millət İttifaqından ayrıldığnı bəyan etdi. Akşənər mitinqdəki bugünkü çıxışında bunun səbəbini açıq dilə gətirdi.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O xatırladıb ki, Maral Akşənər prezident seçkisində qələbə qazana biləcək iki namizəd – İstanbul və Ankara bələdiyyə başçılarından birinin dəstəklənməsini vacib sayarkən, ittifaqın o biri liderləri CHP lideri Kamal Kılıçdaroğlunun dəstəkləməsinin vacibliyini bildirmişdilər:
“Nəticə bəllidir. Akşənərin fikrincə, İstanbul bələdiyyə başçısı Əkrəm İmamoğlu və ya Ankara bələdiyyə başçısı Mənsur Yavaş asanlıqla Rəcəb Tayyib Ərdoğanı məğlub edə bilərdi. Əlbəttə, sorğularda İmamoğlu və Yavaş Kamal Kılıçdaroğlunu qabaqlayırdılar, ancaq bu, onların seçkiyə müxalifətin vahid namizəd kimi qatılacağı halda qələbə çalacağı anlamına gəlmir. Bütün hallarda Kamal Kılıçdaroğlu məğlub oldu. Bu səbəbdən Maral Akşənər Kamal Kılıçdaroğlunu “güclü namizədlərin qarşısını aldı” tənqidində haqlıdır”.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Akşənər qərarını verdi. Gələn ilin mart ayındakı bələdiyyə seçkilərində İYİ Partiyası öz namizədləri ilə qatılacaq. Bu o deməkdir ki, CHP-nin sözügedən iki bələdiyyə başçısının yenidən qələbə çalmaq şansı azalacaq. Çünki 2019-cu il bələdiyyə seçkisində Əkrəm İmamoğlu və Mənsur Yavaş İYİ-nin dəstəyi sayəsində qələbə qazanmışdılar. Bu dəfə həmin dəstək olmayacaq”, - politoloq vurğulayıb.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı