Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinə təhlükəsizlik təminatı vermədiyini bəyan edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Prezident Rusiyada 24 iyun hadisələrindən sonra Yevgeni Priqojinin təhlükəsizliyinə təminat vermədiyini xatırladıb. Onun sözlərinə görə, “Vaqner” qrupunun rəhbəri onunla təhlükəsizlik təminatı məsələsini müzakirə etməyib.
A.Lukaşenko, həmçinin deyib ki, o, Priqojini iki dəfə mümkün mənfi nəticələrlə bağlı xəbərdar edib, lakin Priqojin risk etmək istədiyini deyib. Prezident onu da bildirib ki, qiyam zamanı “vaqnerçi”lər Priqojinlə telefonla danışıb, onun və tərəfdarları üçün ölüm riski barədə xəbərdarlıq edib.
“Onlar cəhənnəmə, mən öləcəyəm!" deyə Lukaşenko Priqojinin sözlərini sitat kimi göstərib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
"Mən ona deyirəm: "Jenya, mən sənə bir kəndir və sabun göndərəcəm. O isə xeyr, yox. Mən bunu istəmirəm. Qəhrəman kimi öləcəyəm” dedi. İkinci dəfə bu mövzu o, Dima Utkin ilə yanıma gələndə oldu. Mən onların hər ikisinə qəti şəkildə xəbərdarlıq etdim - "Uşaqlar, baxın", - deyə A.Lukaşenko vurğulayıb.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı