Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) partiya sədri Nemət Pənahlının idarə etdiyi avtomobilin cərimə meydançasına aparılmasının səbəbini açıqlayıb.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli BUTA.TV-a bildirib ki, Nemət Pənahlının oğlu - 2000-ci il təvəllüdlü Əhəd Pənahlıya məxsus “Toyota Lənd Kruzer” markalı, 90 KM 590 dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1100 manat məbləğində ödənilməmiş cərimə olub:
“Həmin cərimələrə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsinə uyğun olaraq Nəsimi Rayon Məhkəməsində avtomobilin müvəqqəti duracağa təmin edilməsi üçün, yəni nəqliyyat vasitəsinin hərəkətdən uzaqlaşdırılması barədə qərar qəbul olunub. Dövlət Yol Polisi əməkdaşları sükan arxasında olan Nemət Pənahlıya qeyd edilən vəziyyəti izah edib, hüquqi izahdan sonra şəxsin barəsində qanuni tədbirlər görülüb”.
“Bildirmək istəyirik ki, avtomobillər üzərində ödənilməmiş cərimələrə görə nəqliyyat vasitəsinin müvəqqəti duracağa təmin olunması İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinə uyğun olaraq, həyata keçirilir. Hər bir avtomobil sahibindən nəzərdə tutmuş qaydalara ciddi şəkildə riayət etməsini xahiş edirik”, - DYP rəsmisi vurğulayıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Qeyd edək ki, Nemət Pənahlı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədridir. Hadisə zamanı avtomobili partiya sədri idarə edirmiş.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı