Sabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.
Onun sözlərinə görə, Səbail rayonu, Akademik Zərifə Əliyeva küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Məhdudiyyət Azadlıq prospektindən (Hökumət evinin yanı) Bülbül prospekti ilə kəsişməsinə qədər («Sahil» metrostansiyası yaxınlığında) küçəyə yeni asfalt örtüyünün döşənməsi ilə bağldır.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
O, bildirib ki, küçənin bu hissəsində sabah, bazar günü, avqustun 20-də nəqliyyatın hərəkəti tam bağlanacaq.
Sürücülər Üzeyir Hacıbəyli küçəsi ilə dolama yoldan istifadə etməlidirlər - Hökumət Evinin yanından keçərək düz Rəşid Behbudov küçəsi ilə kəsişməyə, sonra düz Bülbül prospektinə, sonra sola, Sahil metrosunun yanından sonra sağa, Zərifə Əliyeva küçəsinə və daha da irəli Azneft dairəsi.
"Sürücülərdən avtomobil idarə edərkən bunu nəzərə almaları və alternativ yollardan istifadə etmələri tövsiyə olunur", - A.Əsgərli vurğulayıb.
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək
- Xırdalan dairəsində hansı yeniliklər olacaq? - Açıqlandı