Müğənni Afət Fərmanqızı onu təhqir etdiyini iddia etdiyi izləyicisini alçaldaraq videosunu yayıb.
BUTA.TV Avropa.info-a istinadən xəbər verir ki, o, təhqir yazdığını iddia etdiyi kişi izləyicisini tapdıraraq və onu təhqiramiz formada üzr istədib.
Yayılan videoda şəxs öz yaxınlarını təhqir etməyə məcbur edilir:
"Afət xanım, sizə yazdığım sözlərə görə dönə-dönə üzr istəyirəm, məni bağışlayın. Qələt etmişəm. Sənə yazdıqlarım öz ailəmə, uşağıma getsin. Bir də belə iş görmərəm, səndən üzr istəyirəm, sənə nə yazmışamsa, uşağıma, atama, anama getsin... Bağışla! Bir də belə qələtlər etmərəm".
Sosial media istifadəçiləri Afət Fərmanqızının yaydığı bu videoda cinayət tərkibi olduğunu bildirərək və hüquq mühafizə orqanlarından müğənni haqda araşdırma aparmağı tələb ediblər.
Həmin görüntüləri təqdim edirik:
- Şahrux Xandan azərbaycanlılara jest - Video
- İğdır-Naxçıvan kəmərinin tikintisi tamamlanmaq üzrədir
- Xaçmaz İH Nadir Xudiyevlə 1,3 milyona anlaşdı
- Urmiya gölü yenidən qurumağa başladı
- Azərbaycan-Türkiyə qardaşlığı zirvələri fəth edəcək - MM sədri
- Azərbaycanla ticarət dövriyyəsi 15 milyarda çatdırılır - Səfir
- BOS-un ərazisi bu tarixdən tam istifadəyə veriləcək
- Azərbaycanda mineral suların kadastrı hazırlanır