Liviya Türkiyə ilə birlik dövlət modeli quraraq, başda ordu olmaqla iqtisadi və mədəni ittifaq qurmağı hədəfləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyədə yerləşən Rusiya Araşdırmaları İnstitutu (RUSEN) liviyalı diplomatik mənbələrə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bundan başqa Liviya neft və qazının Türkiyə üzərindən bazara çıxarılmasını və bu məqsədlə yeni strategiyanın yaradılmasını istəyir:
“Enerji və hərbi məqsədlərlə yanaşı, Liviya türk dilinin ikinci dil olaraq məktəblərdə tədris olunması məqsədilə Türkiyədən müəllimlər tələb etmək fikrindədir”.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Bildirilib ki, Liviyanın Tripoli şəhərinin şərqindəki Əl Xüms limanı da Türkiyə tərəfindən 99 il müddətinə icarəyə götürülüb:
“Liman hərbi məqsədlər üçün istifadə olunacaq. Ticarət gəmilərinin də təhlükəsizliyi Türkiyənin məsuliyyəti altında olacaq. Türkiyə Hərbi Dəniz Qüvvələri bölgədə hərbi baza yaradaraq Aralıq dənizində terror, miqrasiya, qaçaqmalçılıq, təhlükəsizlik kimi problemlərə kəskin müdaxilə edəcək”.
Məlumatda Türkiyənin Sirte limanını da icarəyə götürəcəyi bildirilib.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək