NATO Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini və bu məsələdə mövqeyinin dəyişmədiyini bəyan edib.
BUTA.TV xəbər verir ki, NATO rəsmisi təşkilatın baş katibinin ofisinin rəhbəri Stian Jensenin “Ukrayna öz ərazisinin bir hissəsini Rusiyaya vermək müqabilində NATO-ya üzv ola bilər” açıqlamasını şərh edərkən deyib.
“NATO-nun mövqeyi aydındır və dəyişməzdir. Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik, bunu NATO liderləri iyulda Vilnüs sammitində təkrarladılar. Nə qədər vaxt aparsa da, biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Biz ədalətli və davamlı sülhə nail olmaqda qərarlıyıq. Sülhün nə vaxt və hansı şərtlərlə əldə olunacağına Ukrayna qərar verəcək. Müharibənin təkrarlanmaması üçün təhlükəsizlik tədbirlərinə ehtiyac olduğu aydındır”, - deyə açıqlamada bildirilib.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək