Xəbər verdiyimiz kimi, tanınmış bloger "Nikosayağı" adı ilə tanınan Nicat Mütəllimov ağır yol qəzası törədib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı onun dostu Ramil Qasımov məlumat verib.
O, Nicatın əməliyyat olunduğunu bildirib:
"Kim nə gəldi danışır... Guya maşında 4 nəfər olublar, içkili halda sürürmüş. Bunlar yalan məlumatdır. Maşında 2 nəfər olub. İçkili olmayıblar.
İndi reanimasiyadadır. Həkim deyir ki, saat 11-12-yə qədər oyanacaq. İnşallah hər şey yaxşı olacaq. Vəfat edən öz qardaşı deyil. Yaxın dostu olub. Nihat sağdır, o maşında olmayıb. Xahiş edirəm, yalan məlumat yaymayın.
Hadisə zamanı Nicat ancaq su istəyirdi, "su verin deyirdi"... Üzündə şüşənin qırıntılarından kəsiklər var idi. Dəhşət idi...".
- AZAL təyyarəsinin qara qutularının təhlilinə başlanıldı
- AB də Suriyaya tələsdi, şərt qoydu: Türkiyənin planı nədir?
- Petrosyanın şok çıxışı: Azərbaycanlıları qovduq ki... – Video
- Bakı İrandan sonra Rusiyaya xəbərdarlıq etməlidir – Səbəb
- Azər Baxşəliyevə böyrək köçürüləcək? - Rəsmi
- Sərhəddə toqquşma: Pekin niyə narahatdır?
- İrəvan-Bakı münasibətlərinin normallaşması... - Polşa
- Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı