Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi saytlarda və sosial şəbəkələrdə “Volt Azərbaycan” MMC-nin fəaliyyətinin dayandırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BUTA.TV-ın məlumatına görə, agentlik vurğulayıb ki, AQTA-nın rəsmi olaraq yaydığı məlumatda da bildirildiyi kimi, burada qərar qida məhsullarının çatdırılması (daşınması) zamanı aşkarlanmış nöqsanlarla əlaqədar konkret istiqamətləri əhatə edir.
Agentlik bildirir ki, məhdudiyyət yoxlama zamanı konkret olaraq aşkar olunmuş qida məhsullarının istehlakçılara çatdırılması zamanı isti və soyuq zəncirin qorunmaması, məhsulların temperatur rejimi və mal qonşuluğu qaydalarının pozulması, nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılmaması, tələblərə cavab verməyən termoçantalarla həyata keçirilməsi, qida məhsullarının çatdırılmasında iştirak edən şəxslərin tibbi müayinədən keçməməsi kimi istiqamətləri əhatə edir:
"Ümumiyyətlə, qida zəncirinin bütün mərhələlərində qanunvericiliyin tələblərinə əməl olunmalıdır. Anomal hava şəraiti bu məsələni daha da aktuallaşdırır. Belə ki, xüsusilə isti yay aylarında qida məhsullarının daşınması, saxlanması ilə bağlı hansısa qanunvericiliyin tələblərinin pozulması insan sağlamlığına ciddi fəsadlar yarada bilər. Agentlik bu istiqamətdə fəaliyyətini davam etdirəcək və nəzarət tədbirlərini daha da genişləndirəcək".
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək