Türkmənistan Rusiya Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq departamentinin direktoru Dmitri Biriçevskinin bəyanatından narahatdır.
Publika.az xəbər verir ki, bu barədə "Türkmənqaz” dövlət konserninin sədr müavini Murad Arçayev bildirib.
“Türkmənistan rəsmi nümayəndələrin ölkəmizin beynəlxalq öhdəliklərinə bu və ya digər şəkildə təsir edən və digər iştirakçılar tərəfindən onların yerinə yetirilməsi ilə bağlı qeyri-müəyyənlik və spekulyasiya yarada biləcək bəyanatlarından ciddi narahatdır”, - deyə Arçayev bildirib.
Avqustun 11-də Biriçevski digər dövlətlərin üçtərəfli qaz ittifaqına (Rusiya , Özbəkistan, Qazaxıstan) qoşulmaqda maraqlı olduğunu və ittifaqın üzvlərinin qarşılıqlı faydalı əməkdaşlığa açıq olduğunu bildirib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Türkmənqaz” sədrinin müavini Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin bəyanatını şərh edərkən, hansı genişlənmə imkanlarından söhbət getdiyi, hansı dövlətlərin ittifaqa maraq göstərdiyi və Özbəkistan, Qazaxıstan və Rusiya Federasiyasının üçtərəfli qarşılıqlı fəaliyyətinin arxasında nəyin dayandığı ilə bağlı suallar verib.
“Rusiya diplomatının istifadə etdiyi sadə dil bu suallara cavab vermir. Burada tam aydınlıq tələb olunur, çünki digər dövlətlərin, o cümlədən Türkmənistanın maraqlarına toxunulur”, - deyə Arçayev vurğulayıb.
Sədr müavini xatırladıb ki, Türkmənistan, Qazaxıstan, Özbəkistan və Rusiya Mərkəzi Asiyadan qazın Çinə nəqli üçün əməkdaşlıq edirlər. O qeyd edib ki, hazırda Türkmənistandan Çinə qaz kəmərinin üç qolu işləyir. Bu boru kəmərləri ilə ən böyük tədarükçü Türkmənistandır (40 milyard kubmetr), digər 15 milyard kubmetr isə Özbəkistan və Qazaxıstan tərəfindən verilir.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək