Neftçala rayonunda mənim bir nəfərə guya xüsusi himayədarlıq göstərərək, onun qeyri-qanuni şəkildə 100 ha torpaq sahəsi götürməsinə kömək etməyim barədə sosial mediada əsası olmayan bir xəbər gördüm. Neftçala camaatına və bütün oxuculara bildirirəm ki, bu məlumat ağ yalandır.
BUTA.TV xəbər verir ki, bu barədə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı paylaşımında bildirib.
“Seçicilərimdən aldığım müraciətlərə, şikayətlərə baxmaq mənim borcumdur və imkan daxilində onların problemlərinin ədalətlə həll olunmasına çalışıram. Amma heç kimə xüsusi himayədarlıq etmirəm. Heftçalada bir kvadratmetr torpağım və ya hər hansı kommersiya marağım yoxdur. Bu barədə düşünmürəm də! Millət vəkili seçilərkən neftçalalılara verdiyim vədlər vardı, onları yerinə yetirirəm. Xahiş edirəm, məni rayondakı münaqişələrə qatmasınlar”, - millət vəkili bildirib.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək