Ukrayna və Böyük Britaniya Kiyevə təhlükəsizlik zəmanətinin verilməsi ilə bağlı danışıqlara başlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak “Rada” telekanalının efirində bildirib.
“Bu gün amerikalı həmkarlarımızdan sonra dostlarımız, Böyük Britaniyadan olan tərəfdaşlarımızla məsləhətləşmələrə başladıq. Bu zəmanətlər bizə müdafiə qabiliyyətimizi formalaşdırmağa kömək edəcək”, - o deyib.
Yermak Kiyevin təhlükəsizlik zəmanətləri üzrə ilk ikitərəfli razılaşmaların bu ilin sonuna qədər bağlanacağına ümid etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, NATO-nun Vilnüs sammiti çərçivəsində Yeddilik qrupunun qəbul etdiyi Ukrayna üçün uzunmüddətli təhlükəsizlik zəmanətləri haqqında bəyannaməyə artıq 13 ölkə qoşulub: Belçika, Danimarka, İrlandiya, İslandiya, İspaniya, Latviya, Niderland, Norveç, Portuqaliya, Rumıniya, Finlandiya, Çexiya və İsveç.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Xatırladaq ki, iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammiti çərçivəsində Yeddilik qrupu Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatları haqqında bəyannamə qəbul edib. Sənəddə Kiyevin xüsusilə hərbi potensialın artırılması vurğulanıb.
Bəyannamənin qəbulundan sonra Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu qərarı səhv və potensial olaraq çox təhlükəli adlandırıb.
Qeyd edək ki, daha öncə Ukraynanın ABŞ ilə oxşar danışıqlara başladığı bildirilirdi.
- Milyarder klub sahibini şəxsi görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək