Kollektiv Qərb Rusiyanı Ukraynada döyüş meydanında bütün gücü ilə məğlub edə bilməyəcək.
BUTA.TV xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç deyib.
"Hər halda Qərb Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcək. Amma mən Rusiyanın döyüş meydanında, xüsusən də siyasi baxımdan nə əldə edə biləcəyindən əmin deyiləm. Ona görə də ən yaxşısı qısa zamanda hansısa atəşkəsə nail olmaq olardı", - Vuçiç söyləyib.
Onun sözlərinə görə, o, ərəb ölkələrindən Moskva və Kiyev arasında danışıqlara dair təşəbbüsləri diqqətlə izləyir.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Vucic bildirib ki, atəşkəs həm də “ikinci mandat almaq istəyən” ABŞ Prezidenti Co Baydenin maraqlarına cavab verir:
"Əgər o, müharibənin başa çatmasında iştirak edə bilsəydi, bəşəriyyətin çoxu buna görə ona minnətdar olardı. İqtisadiyyat dərhal çiçəklənər, maaşlarımız və pensiyalarımız daha sürətlə artar, enerji qiymətləri kəskin şəkildə düşər, hər şey başqa cür olardı”.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək