Avqustun 21-də "Sea Breeze" ailəvi-istirahət mərkəzində yerləşən "Ulduzlar xiyabanı"nda əfsanəvi müğənni, SSRİ xalq artisti, milyonların sevimlisi Müslüm Maqomayevin imzasının təməli qoyulacaq.
Kult.az xəbər verir ki, təntənəli mərasimdə mərhum sənətkarın həyat yoldaşı sovet və rus operasının ulduzu Tamara Sinyavskaya və Xalq artisti Emin Ağalarov iştirak edəcək.
“Xiyabanımızda Müslüm Maqomayevin ulduzu mənim üçün ən ehtiramlı hadisələrdən biridir. Bu layihəni, əlbəttə ki, əfsanəvi Müslüm Maqomayevin ulduz imzası olmadan təsəvvür etmək mümkün deyildi. Mərasimdə Müslümün heyrətamiz həyat yoldaşı Tamara İlyiniçna Sinyavskaya şəxsən iştirak edəcək”, - deyə Emin vurğulayıb.
Qeyd edək ki, ötən həftələrdə Britanıyanın məşhur ulduzu Engelbert Humperdink və Gürcüstanın əfsanəvi müğənnisi Nani Bregvadzenin ulduz imzası "Ulduzlar xiyabanı"na həkk olunub. "Sea Breeze Ulduzlar Xiyabanı" Azərbaycanda və bütün dünyada görkəmli müğənnilərə, musiqiçilərə, aktyorlara və rəssamlara həsr olunmuş əlamətdar məkandır.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək