Mateus Saldanya rəqiblə bağlı bütün məlumatları portuqaliyalı köməkçimə ötürüb.
BUTA.TV xəbər verir ki, bunu Serbiyanın "Partizan" komandasının baş məşqçisi İqor Dulyay Bakıda "Sabah"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.
44 yaşlı mütəxəssis Azərbaycan təmsilçisini yaxşı təhlil etdiklərini bildirib:
"Komanda 2017-ci ildə yarandığı üçün zəif və ya güclü olduğunu söyləmək çox çətindir. Ümumiyyətlə, indi futbolda asan rəqib yoxdur. Əsas üstünlükləri odur ki, az qol buraxırlar. "Sabah"ın heyətində bir-iki maraqlı futbolçu var. Ciddi rəqibdir. Bununla yanaşı, Bakıda havanın isti və rütubətli olması bizə problem yarada bilər".
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Serbiyalı mütəxəssis "Sabah"dakı həmkarı Murad Musayevin keyfiyyətli məşqçi olduğunu söyləyib:
"Gəncdir, komandasında istedadlı oyunçular var. Topu itirəndə daha təhlükəli olurlar. Ehtiyatlı olmalıyıq, sürətli futbolçuları var. Maraqlı və çətin oyun olacaq".
Qeyd edək ki, avqustun 10-da "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 17-də Belqradda olacaq.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək