Rusiya 2022-ci ildə Ukraynaya qarşı müharibəyə göndərilən desantların azı yarısını itirib. Söhbət minimum 15 min hərbçidən gedir.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyinin hesabatında qeyd olunub.
Britaniya kəşfiyyatı xatırladıb ki, avqustun 2-də Rusiyanın Hava-Desant Qüvvələri Gününün qeyd olunması zamanı istəmədən ölkənin müharibədəki itkiləri açıqlanıb.
Belə ki, Rusiya Hava-Desant Qoşunlarının baş komandanı general-polkovnik Mixail Teplinski müraciətində 8 500 desantın yaralandığını və sonradan xidmətə qayıtdığını və ya ümumiyyətlə cəbhə xəttini tərk etməkdən imtina etdiyini bildirib.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Bu video tez bir zamanda Rusiya Müdafiə Nazirliyinin rəsmi kanallarından silinib. Bununla belə, Teplinski Ukraynada nə qədər rusiyalı desantçının öldürüldüyünü və ya ağır yaralandığını açıqlamayıb.
“Lakin Teplinskinin məlumatlarının ekstrapolyasiyası 2022-ci ildə Ukraynaya göndərilən 30 min desantçının azı 50 %-nin öldürüldüyü və ya yaralandığı təxminini təsdiqləyir”, - məlumatda qeyd olunub.
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto
- Bakıda 3 böyük dairəvi yol tikiləcək