Çox güman ki, Çinin Ukraynadakı müharibə ilə bağlı ritorikası dəyişəcək.
BUTA.TV xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, Çin Ukraynanın müharibəni həll etmək üçün düşündüyü “sülh formulu”na baxmağa razı ola bilər. Pekinin sülhlə bağlı Səudiyyə Ərəbistanında keçiriləcək toplantıya öz nümayəndə heyətini göndərməsi də gözlənilir. Yəqin ki, ora xüsusi nümayəndə olaraq Li Huey göndəriləcək.
Bildirilir ki, Çin getdikcə Ukraynadakı müharibənin yaratdığı risklərlə üzləşir. Pekin hələ də neytrallığını və Rusiyaya səssiz dəstəyini davam etdirir. Ancaq Çini sonuncu qıcıqlandıran məqam Rusiyanın taxıl müqaviləsindən çıxması olub. Çünki Pekin Ukrayna taxılının ən böyük alıcılarından biriydi. Bundan əlavə, “Vaqner” rəhbəri Yevgeni Priqojinin üsyanı da Çin lideri Si Szinpinin “ən yaxşı dost” adlandırdığı Rusiya Prezidenti Vladimir Putinin gücü ilə bağlı yeni suallar doğurub.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı
- Şuşada “Xarıbülbül” festivalı keçirilir - Foto