Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə yerləşən 3-cü Ordu Korpusunda vəziyyət acınacaqlıdır.
BUTA.TV xəbər verir ki, bunu “Aravot”un keçmiş jurnalisti Voskan Sərkisyan öz Feysbuk səhifəsində yazıb.
“Polkovnik Aleksandr Çakanyan korpus komandiri vəzifəsinə təyin edildikdən sonra onun tabeliyində xidmət etmək istəməyən bir çox zabit raport yazıb və işdən çıxıb. Bu barədə mənə 3-cü Ordu Korpusunun hərbçiləri deyiblər. Zabitlərin işdən çıxarılması nəticəsində burada bir çox vəzifələr boş qalıb. Eyni zamanda, korpusda döyüş postlarının təşkilində də problemlər var. Ermənistan Müdafiə Nazirliyinin Baş Hərbi Müfəttişliyi 3-cü Ordu Korpusunun vəziyyətini mənfi qiymətləndirib və buna görə də korpus komandiri polkovnik Çakanyan general rütbəsi almayıb”, - o bildirib.
Sərkisyan qeyd edib ki, Müdafiə Nazirliyində Çakanyanın korpus komandiri vəzifəsindən azad edilməsi məsələsi qaldırılıb:
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
“Lakin müdafiə naziri Papikyan onun vəzifəsini davam etdirməsində maraqlı olduğu üçün Çakanyanın işdən çıxarılmasına icazə verməyib. 3-cü Ordu Korpusunun bir qrup zabiti cinayət işi çərçivəsində istintaqa cəlb olunub. Yaxın vaxtlarda onlar haqqında da məlumat verəcəyəm”.
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı