Sabah peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün işə qəbul imtahanı keçiriləcək.
BUTA.TV xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, ərizələri təsdiq edilən namizədlər qanunvericilik və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər.
Xatırladaq ki, peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər üçün müsabiqənin elektron müraciət mərhələsində respublika üzrə 19 direktor vakant vəzifəsi üzrə 311 müraciət, 27 direktor müavini vakant vəzifəsi üzrə isə 473 müraciət daxil olub. Direktor vakant vəzifəsi üzrə müraciətçilərdən 271 nəfəri, direktor müavini vakant vəzifəsi üzrə müraciət edənlərdən isə 386 nəfəri imtahan mərhələsində iştirak hüququ qazanıb.
İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
Test imtahanı mərhələsinə buraxılma ilə bağlı məlumat namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
- Səhnədə ölən dostunun qızını qucaqlayıb ağladı - Video
- Dünya Çempionatı ilə bağlı - Xəbərdarlıq
- Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
- Təmsilçimiz finala çıxa bilmədi - Video-Yenilənib
- Etibarnamə ilə maşın sürənlərin nəzərinə: gələn aydan…
- Taksilər avtobus zolağına daxil ola bilərmi?
- Vado Korovinin kürəkəni də işdən çıxarıldı
- Bakı nəqliyyatı üçün yeni plan açıqlandı